Məhkəmə Mehman Əliyevin həbsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib

Videonun alt yazısı, Mehman Əliyevin vəkili: "Cinayət işi saxtadır"
Çap edildi

Bakı Apellyasiya Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayətini təmin etməyib.

Beləliklə məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb.

Prosesdən sonra Mehman Əliyevin vəkili "çox güman ki, Avropa Məhkəməsinə müraciət" ediləcəyini bildirib.

"Bakı Apellyasiya Məhkəməsinin qərarı son instansiyadır. Yəni artıq ölkə daxilində bununla bağlı hər hansı bir hüquqi müdafiə vasitəsi mövcud deyil və Avropa Məhkəməsinə çox güman ki, müraciət olunacaq", - Fariz Namazlı BBC Azərbaycancaya bildirib.

Vəkil cənab Əliyevin azadlıqda qaldığı təqdirdə araşdırmaya təsir edəcəyi barədə istintaqın iddiasını rədd edib.

Onun sözlərinə görə Turan informasiya agentliyilə bağlı cinayət işi və Mehman Əliyevə irəli sürülmüş ittihamlar da "tamamilə saxtadır".

"Mehman Əliyev də çıxış etdi və dedi ki, həbsi sifarişlidir və onun üçün hüquqi, qanuni əsaslar mövcüd deyil".

Turan agentliyinin direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb.

Fariz Namazlı
Şəklin alt yazısı, Fariz Namazlı çox güman ki, Avropa Məkəməsinə müraciət edəcəyini bildirib.

Növbəti gün, səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İttihamları rədd edən Mehman Əliyev həbs qətimkan tədbiri qərarına qarşı apellyasiya şikayəti ilə müraciət edib.

line
line
Məhkəmə