Azərbaycan Norveçə 2-0 hesabı ilə uduzub

Şəklin mənbəyi, Getty Images/Trond Tandberg
Cümə günü Norveçin paytaxtı Oslo-da keçirilən 2018 Dünya Çempionatına seçmə mərhələsi oyununda, Azərbaycan yığması Norveçə 2-0 hesabı ilə məğlub olub.
Noverçin hücumçusu Joshua King komandasının ilk qolunu Bədavi Hüseynovun kobudluğuna görə verilən penaltidən, oyunun 32-ci dəqiqəsində vurub.
Rəşad Sadıqov rəqibin pasının qarşısını almaq istəyərkən səhv edərək topu öz qapısına yollayıb və Norveç yığmasına ikinci qolu 60-cı dəqiqədə qazandırıb.
Oyunda Azərbaycan qol üçün bir neçə şans yaratsa da, hücumçuların səhvləri nəticəsində hücumlar qolla nəticələnməyib.
Nəticədə Azərbaycan milli futbol komandası dünya çempionatı seçmə mərhələsində dalbadal dördüncü məğlubiyyətinə uğrayıb.
Bununla da seçmə mərhələsində C qrupunda mübarizə aparan Azərbaycan 6-cı yerə düşüb. Hazırda qrupa Almaniya başçılıq edir.
Almaniyadan sonraki yerləri Şimali İrlandiya, Çex Respublikası və Azərbaycanı keçərək dördüncü yerə qalxan Norveç tutur.
San Marino altıncı və sonuncu yerdədir.





















