Bakı: Müxalifətin korrupsiya əleyhinə etiraz aksiyası başa çatıb

Nümayiş
Çap edildi

Bakının Yasamal rayonu stadionunda korrupsiya əleyhinə müxalifət qüvvələrinin nümayişi başa çatıb. Tədbir "Talana yox!" şüarı ilə keçirilir.

Mitinqin keçirildiyi ərazidə çox sayda polis əməkdaşları olub, BBC müxbiri Məhərrəm Zeynalov hadisə yerindən xəbər verir.

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfindən təşkil edilmiş aksiyanın yeri və vaxtı Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Çərşənbə günü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) nümayişdə "terror aktı törətməyi planlaşdıran dini ekstremist qrupun üzvlərini məhv etdiyini" bildirib.

Polis

Hərçənd ki, mitinqin təşkilatçıları bu məlumata inanmadığını bildirirlər.

"Talana yox!" şüarı ilə sentyabrın sonu və oktyabrın əvvəlində daha iki nümayiş keçirilib.

DQMŞ liderləri sentyabr ayının əvvəlində "Azərbaycan Camaşırxanası" adlı beynəlxalq hesabatda göstərilən korrupsiya iddialarının araşdırılmasını tələb ediblər.

Azərbaycan hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat dərc etdiyi etdiyi hesabatdakı iddiaların əsassız və qərəzli olduğunu bildirir.

Nümayiş
Nümayiş
Nümayiş
Nümayiş