5 fotoda: YAP-ın ad günü, Mugabe "ev dustaqlığında" və Gürcüstanda ən qədim şərab

Çap edildi

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Грейс Мугабе стала вероятной преемницей своего 93-летнего мужа
Şəklin alt yazısı, 93 yaşlı Robert Mugabe və onun arvadı Grace Mugabe

1. Zimbabvedə ordu hakimiyyəti ələ keçirib və prezident Robert Mugabe paytaxt Hararedə "ev dustağlığına alınıb".

Məlumatlara görə, Zimbabve prezidenti dərhal istefa verməyəcəyini bildirib. 93 yaşlı Mugabe-ni kimin əvəz edəcəyi mübahisə mövzusudur.

İham Əliyev

2. Prezident İlham Əliyev çərşənbə axşamı günü Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə hərd edilmiş mərasimdə çıxışında müxalif partiyaları tənqid edib və sabiq prezident Heydər Əliyevin fəaliyyəti barədə danışıb.

Prezident həmçinin Avropa Şurasında (AŞ) Azərbaycana qarşı "hücumlar" və "ədalətsiz siyasətə" görə Azərbaycanın təşkilata üzvlüyünün daimi olmasına qarantiya olmadığını deyərək AŞ-nı hədələyib.

İran

3. İran-İraq sərhəddində baş vermiş 7,3 ballıq zəlzələ nəticəsində azı 348 adam ölüb və minlərlə insan xəsarət alıb.

Yeraltı təkanlar Azərbaycanın Naxçıvan və cənub bölgələrində də hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlayıb.

A painting of Christ believed to be by Leonardo da Vinci has been sold for a record $450m (£341m).

4. Leonardo da Vinci-nin əl işi və yaşı 500 il olan İsa Məsihin portreti New York-da keçirilmiş hərracda rekord 450 milyon dollara satılıb.

Əsərin adı Salvator Mundi-dir, yəni Dünyanın Xilaskarı. İndiyədək keçirilmiş hərraclarda incəsənət nümunəsi üçün bu məbləğdə pul ödənilməmişdi.

A Neolithic jar from Khramis Didi-Gora, Georgia
Şəklin alt yazısı, Küpələrdən bəzilərinin üzərində üzüm salxımı və rəqs edən kişi təsvirləri var.

5. Gürcüstanda "dünyanın ən qədim üzüm şərabı" sayıla bilən şərab izləri tapılıb.

Alimlərin bildirdiyinə görə, 8000 il yaşı olan saxsı qab fraqmentlərində ən qədim şərabçılıq izləri aşkar olunub.