Bakıda Formula 1: Charles Leclerc irəlidədir

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV/ GETTY
Şənbə günü Bakıda keçirilən Formula1 yarışlarında ən yaxşı vaxtı Ferrari komandasının pilotu Charles Leclerc göstərib.
Onun komanda üzrə partnyoru Sebastian Vettel ikinci yerdədir. Onun ardınca isə 1 saniyəlik fərqlə Red Bull-un pilotu Max Verstappen gəlir.
Cümə günü quyu qapağı ilə bağlı insident yarışlarda fasilə yaradıb.
Belə görünür ki, Williams komandasından George Russell-in bolidini zədələn lyukun yerindən oynamasına səbəb Charles Leclerc-in Ferrari-si oldmuşdur, BBC Sport saytında Azerbaijan Grand Prix 2019 yarışlarını işıqlandıran Andrew Benson yazır.
Hazırda üst 10 yer belə sıralanıb:
1.Leclerc
2.Vettel
3.Verstappen
4.Bottas
5.Hamilton
6.Kvyat
7.Magnussen
8.Albon
9.Perez
10.Raikkonen
Aprelin 26-da başlayan yarışların final mərhələsi bazar günü keçiriləcək.

Şəklin mənbəyi, Getty Images
Həmçinin oxuyun:

























