Ermənistan parlamentinin sədr müavini Gürcüstanlı həmkarını qınayıb

Yerevan
Çap edildi

Ermənistan Milli Məclisi sədrinin müavini Eduard Şarmazanov Gürcüstanlı həmkarı Fridon Toduanı nəzakətsizlikdə suçlayıb.

Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın Bakıda “Azərbaycanla Gürcüstan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal olunmuş ərazilərini geri qaytaracaqlar” bəyanatını şərh edərək Eduard Şarmazanov Toduanın “reallıqdan uzaq, cəfəng bəyanat” adlandırıb.

“Toduaya məlum olmalıdır ki, heç bir Ermənistan rəsmisi heç vaxt üçüncü ölkənin probleminə dair ədəbsiz bəyanatlarla çıxış etməyib”, - deyilir Ermənistan vitse-spikerinin bəyanatında.

Eduard Şarmazanov Gürcüstan parlamentinin sədr müavininəbölgədə hansı xalqın yerli olduğu aydın göstərilən “Kartlis tsxovreba” (“Kartli yaşayışı”) gürcü salnaməsi ilə tanış olmağı məsləhət edir.

“Məcmuədə həm ermənilər, həm gürcülər qeyd olunur, azərbaycanlılar haqqında isə “Kartlis tsxovreba”da bir söz belə yoxdur. Ola bilsin, hamıya məlum olan həqiqəti öyrəndikdən sonra Todua qonşu xalqdan üzr istəyər”, - deyilir Ermənistan vitse-spikerinin şərhində.

Azərbaycan informasiya agentlikləri çərşənbə günü Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlər üzrə işçi qrupun üzvləri ilə görüşündə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın “Əminəm ki, Gürcüstan və Azərbaycan işğal olunmuş əraziləri geri qaytaracaqlar, çünki, bu, bizim doğma torpaqlarımızdır” dediyi xəbər verilmişdi.