Hrant Dinki öldürməyə təhrik etməkdə ittiham olunana ömürlük həbs cəzası kəsilib

Hrant Dinkin tərəfdarları
Çap edildi

Türkiyə məhkəməsi 2007-ci ildə Türkiyənin ermənidilli jurnalisti Hrant Dinkin öldürülməsinə təhrik etməkdə ittiham olunan şəxsə ömürlük həbs cəzası kəsib.

Hakim Yasin Hayalı ömürlük həbs cəzasına məhkum edərək, digər 19 nəfərə qarşı terrorçu qrup üzvləri olduqları ittihamını geri götürüb.

Hrant Dink özünün İstanbul ofisi qarşısında güllələnmişdi. Jurnalist Osmanlı Türkiyəsində 1915 il hadisələrini "erməni soyqırımı" adlandırmaqla Türkiyə millətçilərinin qəzəbinə səbəb olmuşdu.

Hrant Dinki qətlə yetirən yeniyetmə Ogün Samasta ötən il məhkəmə 22 illik həbs cəzası kəsmişdi.

Məhkəmənin hökmü oxunandan sonra 500-dək Dink tərəfdarları və onun ailə üzvləri məhkəmədən jurnalistin öldürüldüyü yerə qədər yürüş edib.

Onlar iddia etdikləri kimi "dövlət səviyyəsində qəsdə" etiraz bildiriblər.

2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyənin radikal millətçilərin suiqəsd hazırladığı barədə xəbərdarlıqlara baxmayaraq Hrant Dinki qoruya bilmədiyi barədə qərar çıxarmışdı.

"Agos" qəzetinin redaktoru Hrant Dink ölümündən qabaq "Türkçülük" hissinin təhqir edilməsinə görə mühakimə edilmişdi.

BBC-nin Türkiyədəki müxbiri Jonathan Head qeyd edir ki, Hrant Dinkin tərəfdarlarını qəzəbləndirən onun ölümünə görə yuxarıda adı çəkilənlərdən başqa daha heç kimin cəzalandırılmamasıdır.