Tehran Bakıdakı həbslərlə bağlı adının hallandırılmasının əleyhinədir

Şəklin mənbəyi, weboxu.com
İranın Azərbaycandakı səfirliyi yaydığı bəyanatda Bakıda “həbs edilmiş terrorçu dəstənin” İranla əlaqəsi olması barədə məlumatları təkzib edib.
Səfirliyin açıqlamasında iki ölkənin arasını vurmaqda dünya “hökmranlığı” iddiasında olan ölkələr və “sionistlər” suçlanır.
“Tamamilə aydındır ki, son ssenari İran İslam Respublikasının nüvə alimlərinin sionist rejiminə bağlı qüvvələr tərəfindən terror edilməsinin ört-basdır edilməsi istiqamətindədir”, - deyilir diplomatik missiyanın açıqlamasında.
Ötən həftə Azərbaycan terror aktlarının hazırlanmasında ittiham olunan iki nəfəri həbs edib.
Milli Təhlükəsizlik Nazirliyi onların İrandan silah və sursat aldığını bildirir.
Bakı xarici vətəndaşlara qarşı sui-qəsdin qarşısının alınmasını desə də məhz kimin hədəfə alındığını konkretləşdirməyib.
İddialar
İsrail mətbuatında olayla bağlı iddialarda Bakıdakı ravvin və yəhudi məktəbinin müəlliminin hədəfləndiyi bildirilir.
İranla Azərbaycan arasında əlaqələr ötən il Bakıda İslam Partiyasının fəallarının həbsindən sonra gərginləşib.
Ötən həftə Azərbaycan saytlarına geniş miqyaslı <link type="page"><caption> haker hücumu</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/01/120116_azerbaijan_hacker_attack.shtml" platform="highweb"/></link> İranla bağlanılıb.
Hücuma məruz qalmış saytlarda Azərbaycanla İsrailin əleyhinə şüarlar yerləşdirilib.
Bundan sonra təxminən qırxa yaxın İran saytına hücumdan sonra həmin səhifələrdə Azərbaycanın bayrağı və “20 Yanvar. Unutmadıq” sözləri yerləşdirilib.
Özlərini “Azərbaycan Kiber Ordusu- Pirates CreW” (Quldur Dəstəsi) adlandıran bir dəstə rəsmi saytlarında <link type="page"><caption> hücum etdikləri </caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/01/120117_cyber_attack_back.shtml" platform="highweb"/></link>İran saytlarının siyahısını verib.
























