BBC

BBC navigation

Şimali Qafqazda toqquşmalar şiddətlənib

Əsgərlər

Dağıstanla Çeçenistan sərhədində həftənin əvvəlindən bu yana davam döyüşlər vaxtı 11 hüquq-mühafizəçinin öldürüldüyü bildirilir.

İnterfaks agentliyi Dağıstanın Xasavyurt rayonundakı meşə massivində aparılan xüsusi əməliyyat nəticəsində mühasirəyə düşən silahlıların şiddətli müqavimət göstərdiyini yazır.

Ria-Novosti agentliyi bildirir ki, Çeçenistandan keçən silahlılar mühasirəni yarmağa cəhd göstərirlər.

Əməliyyatda iri çaplı silahlar və aviasiyadan istifadə olunur.

Rəsmi mənbələrdə silahlıların itkiləri barədə dəqiq məlumat verilmir.

Cümə axşamı Daxili İşlər Nazirliyinin başçısı Ruslan Alxanov Dağıstanla sərhəddə onlarla döyüşçüdən ibarət 3 dəstənin təcrid edildiyini bildirib.

Rəsminin sözlərinə görə silahlıların iki dəstəsinə Dağıstan sakinləri - 28 yaşlı Ruslan Temirkayev və 26 yaşlı Arslan Mamedov başçılıq edir.

3-cü dəstənin rəhbəri 47 yaşlı Çeçenistan sakini Maqarbi Timiraliyevdir.

Döyüşlərin dağlıq bölgədə getdiyi üçün ağır texnikadan istifadə edilmir.

Bu həftə Rusiyanın Milli Antiterror Komitəsi (MAK) Dağıstanda gizli quldur dəstəsinin lideri İbrahim Davudovun öldürüldüyünü bildirib.

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.