İranda uranın yeraltı reaktorda zənginləşdiriləcəyi guman edilir

İranda istehsal olunmuş llövhələri Tehrandakı reaktora yükləndirilib
Çap edildi

İran uranın zənginləşdirilməsi üzrə işləri yeraltı reaktorda davam etdirərək tezləşdirə bilər, BBC Vyana diplomatik dairələrdəki mənbəyə istinadən xəbər verir.

İranın Qum şəhərində yeraltı reaktor yerləşir.

Məlumata əsasəsən, İran yaxın zamanlarda yeraltı reaktorda yeni sentrifuqlar yerləşdirə bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyi bu məlumatı şərh etməyib.

Zənginləşdirilmiş urandan həm atom elektrik stansiyalarının işində, həm də nüvə silahının yaradılması üçün istifadə olunur.

Ötən həftə İran öz gücü ilə uranı zənginləşdirən yeni sentrifuqlar və zənginləşdirilmiş uran yanacaq lövhələri istehsal etdiyini bildirimişdi.

İran prezidenti Mahmud Əhmədinejad həmin lövhələrin reaktora yüklənməsi mərasimində iştirak edib.

Tehrandakı reaktora ilk dəfə olaraq İranda istehsal olunan nüvə yanacağı yüklənib.

Rəsmi Tehran vurğulayıb kı, İran öz gücü hesabına 20% dərəcəli nüvə yanacağı lövhələri hazırlamağa müvəffəq olub.

Qərb təhlilçiləri bundan əvvəl, İranın özünün texniki imkanları hesabına Tehran reaktoru üçün 20% dərəcəli zənginləşdirilmiş uran lövhələrini yarada biləcəyinə şübhə ilə yanaşırdılar.