BMT-nin nüvə müfəttişləri İrana gəliblər

Şəklin mənbəyi, Reuters
BMT nüvə müfəttişləri İranın nüvə proqramını müzakirə etmək üçün son dövrdə Tehrana 2-ci dəfədir ki gəliblər.
Missiyanın Baş müfəttişi Herman Nakaerts deyib ki, onun heyətinin başlıca məqsədi İranın nüvə proqramının hərbi tərkibinin olub-olmamasını müəyyən etməkdir.
Lakin o xəbərdarlıq edib ki irəliləyiş üçün vaxt tələb olunacaq.
Tehran İran nüvə proqramının dinc məramlı olduğunu iddia edir .
Qərb bu proqramın İranda nüvə silahının yaradılmasına gətirəcəyindən ehtiyyat edir.
İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyi barədə xəbərlər gərginliyin artmasına səbəb olub.
ABŞ Milli Təhlükəsizlik müşaviri Tom Donilon Baş nazir Benjamin Netanyahu ilə danışıqlar aparmaq üçün ötən həftəsonu İsrailə gəlib.
Digət tərəfdən, yüksək rütbəli ABŞ hərbi rəsmisi general Martin Dempsey bazar günü xəbərdarlıq edib ki, İranın nüvə bombası yaradılması həddinə çatıb çatmaması hələlik müəyyən edilməyib.
"Hələlik hərbi əməliyyat vaxtının çatdığını demək tezdir", - general deyib.
Ötən gün İran Britaniya və Fransa şirkətlərinə neft satışını dayandırdığını bildirib.
Tehran bunun Aİ tərəfindən iyulun 1-dən İrana qarşı neft embarqosu tətbiq etməsinə cavab addımı olduğunu deyib.
ABŞ da İrana qarşı sanksiyalar tətbiq edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişləri yanvar ayında İrana etdikləri səfəri müsbət qiymətləndiriblər.
Onların sözlərinə görə, İran bütün ziddiyyətli məsələləri həll etmək əzmindədir.
Bazar günü c-b Nackaerts deyib ki İranda "konstruktiv və xoş bir neçə gün gün keçirməyə ümid edir".
Ötən ilin noyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi bildirimişdi ki, İran "nüvə bombası yaradılmasına uyğun gələn sınaqlar keçirir".
Bu məlumatdan sonra ABŞ və Avropa İttifaqı İrana qarşı sanksiyaları sərtləşdirdilər.
























