Xəzərin Dağıstan sahillərində qutanlar ölür

Qutanlar
Şəklin alt yazısı, Yerli sakinlərin qutanların yedirilməsinə yardım göstərir.
Çap edildi

Rusiyanın Dağıstan əyalətində hakimiyyət qeyri-adi soyuqda yemək tapa bilməyən yüzlərlə nadir qutan quşunu xilas etməyə çalışır.

Quşlar ötən həftə Mahaçqala şəhəri yaxınlığına köçüb.

Xəzər Dənizinin donması nəticəsində 20-ə yaxın qutan artıq aclıqdan ölüb, bunu Associated Press agentliyinı hökumət sözçüsü Arslan Dydymov bildirib.

1400-ə yaxın Dalmatin qutanı Rusiyanın cənubunda yaşayır.

"Hər gün qutanlar üçün yüzlərlə kiloqram balıq Dağıstanın Təbiəti Mühafizə Nazirliyi tərəfindən alınır" - cənab Dydymov deyib.

Yerli sakinlər quşları yedirmək üçün hakimiyyətə könüllü kömək göstərirlər.

Ancaq quşların hərəkətsiz ilişib qaldığı tərsanənin rəhbərliyi ictimaiyyətin girişini öncə qadağan etmişdi.

"Biz onları qutanlara görə buraxmaq istəmirdik" - baş gözətçi Maqomed Eldarov AP agentliyinə deyib və əlavə edib ki, sakinlər qutanlar üçün çörək və digər yeməklər gətirirlərmiş.

İndi onlar alınmış balıqlarla yemlənir, çünki Xəzərdə balıq tutmaq mümkünsüzdür.