Morningstar səfir vəzifəsinə təsdiqlənib

Şəklin mənbəyi, bbc
Birləşmiş Ştatların Senatı veteran diplomat Richard Morninqstarı Azerbaycana səfir vəzifəsinə təsdiqləyib.
Cümə günü keçən səsvermə senatorların axşam yığıncağından sonra ayaqustu formatda baş tutub.
Azərbaycanla yanaşi daha 10 olkəyə ABŞ səfirləri təyin olunub.
Bu məlumatə BBC-Azərbaycancaya Senatdan təsdiqləyiblər.
Belləliklə, ABŞ-ın Azerbaycanda sayca 8-ci səfiri <link type="page"><caption> Richard Morningstar</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120508_us_motningstar.shtml" platform="highweb"/></link> yaxin günlərdə Bakıda fəaliyyətinə başlayacaq.
Richard Morningstar Bakıya nominasiya edilənə qədər Birləşmiş Ştatların Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi yüksək vəzifə daşıyırdı.
Richard Morningstar ABŞ diplomatik missiya başçısının vəzifəsində Matthew Bryzanı əvəz edib.
Gözləntilər
Masaçusets ştatından olan diplomatın namizədliyi bütün maraqlı tərəflər üçün məqbul sayılıb.
Qafqaz məsələləri üzrə təhlilçi Tomas de Waal may ayında Morninqstarın təyinatını şərh edərək deyib ki, belə yüksək vəzifəli şəxsin Bakıya təyinatını Azərbaycan tərəfi istəyib.
Təhlilçinin sözlərinə görə Vaşinqton bu təyinatla "son illər özündən narazı saldığı Bakının könlünü almağa çalışır”.
Öz növbəsində əvvəlki səfir Matthew Bryzanın təyinatını əngəlləyən ermənipərəst qruplar Mornigstarın təyinatına etiraz etməyiblər.
BBC-Azərbaycancaya aprel ayındakı müsahibəsində Kaliforniyada yerləşən 7 iri erməni lobbi təşkilatının cəmləşdiyi “United Armenian Fund”un prezidenti Harut Sassounyan gözləntilərini açıqlayaraq deyib ki, Morninqstardan "Birləşmiş Ştatların maraqlarıını Azərbaycanda peşəkarçasına və ədalətli şəkildə təmsil edilməsi gözlənilir".
























