Azərbaycanda yeni qaz ehtiyatları təsdiqlənib

Total
Çap edildi

Azərbaycanın dövlət enerji şirkəti SOCAR və Total və GDF Suez şirkətləri Azərbaycanın Xəzər Dənizindəki sularında yeni qaz ehtiyatlarının olduğunu təsdiqləyib.

Total şirkətinin sözçüsü deyib ki, istehsala gələn onilliyin əvvəlində başlanıla bilər.

Quyunun təhlili nəticəsində yataqda 150-300 milyard kub metr qaz olduğu təsdiqlənib, Total şirkətinin yaydığı pres-relizdə deyilir.

2011-ci ildə Fransanın qaz istehlakı 40 milyard kub metrdən bir qədər artıq olub, Reuters agentliyi müqayisə edir.

"Bu, Abşeron X-2 quyusunda edilmiş və nəticələri 2011-ci ilin sentyabrında açıqlanmış kəşfin təsdiqidir" Total bildirib və əlavə edib ki, təxminən iki il yarım müddətinə istehsal planı işləyib hazırlayacaq.

Abşeron yatağı Bakının cənub-şərqindən 100 kilometr aralıda yerləşir.

Azərbaycanda yeni kəşfdən öncə 2,6 trilyon kubmetr neft ehtiyatlarının olduğu və onlardan 1.2 trilyon kubmetrinin Şahdəniz yatağında yerləşdiyi təsdiqlənmişdi.

Total şirkəti Şah Dəniz yatağında 10 faizlik paya mənsubdur.