"Erməni kilsəsinin tarixi" məktəblərdə tədris olunacaq

Eçmiadzin
Çap edildi

Ermənistan məktəblərinin yuxarı sinif tədris proqramına “Erməni kilsəsinin tarixi” fənni əlavə ediləcək. Bunu Ermənistanın təhsil və elm naziri Armen Aşotyan bildirib.

Qərar artıq Ermənistan hökuməti tərəfindən bəyənilmişdir.

Aşotyanın sözlərinə görə bu fənn 10-cu və 11-ci siniflərində tədris ediləcək.

Qərara fənnin orta məktəblərin 7-ci - 9-cu siniflərində tətbiq ediləcəyini nəzərdə tutur.

“Hal hazırda dövlət proqramına əsasən “Erməni kilsəsinin tarixi” fənni 5-ci – 6-cı siniflərdə öyrənilir, 7-ci – 9-cu siniflərdə isə pilot proqramı üzrə dərs deyilir. Pilot proqramı təcrübəsini biz uğurlu hesab edirik və fənni 7-ci – 9-cu sinif proqramına daxil etməyi təklif edirik”, - deyib nazir.

Armen Aşotyanın sözlərinnə görə, hal hazırda Təhsil Nazirliyi mütəxəssisləri ilə Müqqəddəs Ecmiqdzin Baş Kilsəsi ilə müvafiq proqralar və dərsliklərin hazırlanması üzərində işləyirlər.

Ermənistanın 1400 ibtidai məktəblərinin ikinci siniflərində həftədə iki dəfə şahmat dərsləri keçirilir.