Azərbaycan İranda həbs olunmuş şairlərlə görüş tələb edib

Şəklin mənbəyi, press tv
İranın Azərbaycandakı səfirini qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov Fərid Hüseyn və Şəhriyar Hacızadənin konsulla görüşməsini tələb edib.
Aprelin sonunda ədəbiyyat festivalına qatılmaq məqsədilə İrana gedən şairlər mayın <link type="page"><caption> 2-də Təbriz şəhərində </caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/07/120704_iran_arrests.shtml" platform="highweb"/></link> həbs olunublar.
Azərbaycan vətəndaşlarının həbsi iki ölkə arasındakı onsuz da gərgin münasibətlər fonunda baş verib ki, iki tərəfli əlaqələri daha da pisləşdirə bilər.
Azərbaycanın xarici işlər naziri İranın Azərbaycandakı diplomatik missiyasının başçısı ilə görüşündə beynəlxalq qanunlara uyğun olaraq həbsdə olanların konsulla görüşünün təşkil olunmasına çağırıb.
Bakı cavab gözləyir
“Media forum” saytındakı məlumata istinadən iyulun 6-da keçən görüşdə Azərbaycanda diplomatik vəzifəsini başa vuran Məhəmmədbağır Bəhrami ilə söhbətində Elmar Məmmədyarov İran tərəfinə beş notanın təqdim edilməsinə rəğmən qısa və natamam cavab aldığını xatırladıb.
Bundan əvvəl Azərbaycan həbslə bağlı rəsmi məlumat almadığını bildirib.
Aprelin sonunda ədəbiyyat festivalına qatılmaq məqsədilə İrana gedən Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də Təbriz şəhərində həbs olunublar.
İyulun 3-də İranın Press TV kanalı ilə yayımlanamış süjetdə şairlərin İrana Azərbaycan xüsusi xidmətinin göstərişi ilə göndərildiyi qeyd olunaraq onların casus olduğu deyilib.
İran şairlər barədə əlavə məlumat təqdim edəcəyini bildirib.
Azərbaycanda gənc şairlərin həbsi geniş ictimai rezonansa səbəb olub.
Azərbaycanın PEN-klubu ilə Yazıçılar Birliyi gənc şairlərin azadlığa buraxılmasına səsləyiblər.
























