Loreen Stokholm aeroportunda ABBA-nı əvəzləyəcək

Eurovision müsabiqəsinin isveçli qalibi Loreenin portreti Stokholm aeroportunda ABBA qrupunun şəklini əvəzləyəcək.
Onun şəkli Stokholmun Arlanda aeorportunda ABBA qrupunun şəkli çıxarıldıqdan sonra boş qalmış yeri dolduracaq, bu barədə İsveçin The Local saytı yazıb.
"Bu bir şərəfdir və İsveçin digər tanınmış şəxsləri ilə yanaşı Stokholm Məhşurlar Zalında şəklimin asılması çox gözəl bir hissdir" - Loreen bəyanatında deyib.
Eurovision mahnı müsabiqəsinin qalibi olmuş tanınmış İsveç qrupu ABBA-nın da şəkli əvvəllər bu zalda asılıb. Ancaq ABBA qrupunun keçmiş ifaçısı və bəstəkar Benny Anderssonun etirazından sonra yanvar ayında şəkil divardan çıxarılıb.
Andersson şəkli çıxarmaqla mərkəzi Stokholmda aparılan mübahisəli bərpa işlərinə etiraz edib.
"Mən belə ağılsız qərarlar verən şəhərin elan lövhəsi olmaq istəmirəm", Andersson deyib.
O söz vermişdi ki, öz portretindən planlaşdırılan bərpa işlərinə etiraz vasitəsi kimi istifadə edəcək. Bərpaya başlanılan kimi müğənni sözünün üstündə durub və şəklini çıxartdırıb.
Lorenin portreti İsveçin müasir və keçmiş xadimlərinin şəkillərilə birgə asılacaq. Onların arasında film direktoru İnqmar Berqman və Kral XVI Carl Gustav da var.
Məlumata görə, Stokholmun Arlanda aeroportuna hər il 19 milyondan artıq adam enir.
























