Azərbaycan ordusunun əsgəri təlim zamanı həyatını itirib

Şəklin mənbəyi, ANS
Çap edildi
Azərbaycan ordusunun əsgəri təlim atəşi zamanı həyatını itirib.
APA xəbər verir ki, Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində əsgər Əkbər Nəsirov digər təlim iştirakçısı əsgər Nağıyev Sahil tərəfindən vurulub.
Başqa bir əsgər Surət Məmmədov isə “yüngül yaralanıb”.
Məmmədov hazırda hospitaldadır.
Nazirlik hadisənin təlim zamanı Nəsirovun “təhlükəsizlik qaydalarına riayət etməməsi” səbəbilə baş verdiyini deyir.
Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb.




















