Hərbi qulluqçunun cəsədi ailəsinə verilib

Şəklin mənbəyi, ANS
Çap edildi
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elçin Orucovun cəsədi neytral ərazidən çıxarılaraq ailəsinə verilib.
APA xəbər verir ki, cəbhə xəttinin Tovuz istiqamətində vurulan əsgəri gündüz vaxtı axtarıb tapmaq, axşam isə yerini müəyyən etmək mümkün olmayıb.
Hazırda onun meyiti Gəncədə müayinə edilir. Orucov doğulduğu Tərtər rayonunun Seydimli kəndində dəfn olunacaq.
21 yaşlı Orucov, iyulun 15-dən 16-na keçən gecə Ermənistan Ordusu tərəfindən neytral zonada vurulub.




















