Dağıstan: toqquşmalarda iki nəfər öldürülüb

Şəklin mənbəyi, RIA Novosti
Dağıstan rəsmiləri Xasavyurt rayonundakı xüsusi əməliyyat nəticəsində iki silahlının öldürüldüyünü bildiriblər.
Mühasirəyə alınmış silahlılarla atışmada bir polisin yaralandığı xəbər verilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Noviy Kostek kəndində silahlıların müqavimətinə rast gəldiyini bildirib.
RİA Novosti agentliyinin polisə istinadən yaydığı məlumatında silahlıların bir evdə "bloklandığı" qeyd olunur.
“Səhər 06.10-da Xasavyurt rayonun Noviy Kostek kəndindəki ev mühasirəyə alınmışdır. Evdə olan adamlar hüquq-mühafizə orqanlarının nümayəndələrinə atəş açıblar. Xüsusi əməliyyat nəticəsində bir nəfər polis xəsarət alıb, iki silahlı öldürülüb”.
Gərginlik
Öldürülənlərin iki qardaş olduğu deyilir.
Rusiyanın kavkaz-uzel.ru portalı öldürülmüş şəxslərin qohumlarının hadisəyə münasibət bildirmədiyini qeyd edir.
Son zamanlar Şimali Qafqaz respublikasından <span> <link type="page"><caption> zorakılıqla bağlı alıanan məlumatların</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120504_dagestan_blast.shtml" platform="highweb"/></link></span> sayı azalmır.
İyulun 22-də paytaxt Mahaçqalada silahlılara qarşı əməliyyata başlayan hüquq-mühafizə orqanları Kirov rayonunda təhlükəsizlik qüvvələrinə əlavə səlahiyyət verən xüsusi antiterror rejimi elan ediblər.
İyulun 14-də isə hökumət qüvvələri ilə silahlıların <link type="page"><caption> toqquşması nəticəsində 8 adam öldürülüb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/07/120714_dagestan_clashes.shtml" platform="highweb"/></link>.
























