Dağlıq Qarabağdan uçan təyyarələr "sərhəd pozucusu hesab ediləcək"

Azərbaycanın Dövlət Mülki Aviasiya İdarəsi “Dağlıq Qarabağda Xocalı hava limanının istismara başlamağa hazır olması ilə bağlı mediaya “təyyarə sərhəd pozucusu hesab olunacaq və müvafiq tədbirlər görüləcək” deyib.
Bəyanat çərşənbə axşamı tanınmamış Dağlıq Qarabağ Respublikasının Mülki Aviasiya İdarəsi rəisinin “uçuşların bir neçə həftədən sonra başlana biləcəyini” bildirdən sonra deyilib.
Azərbaycan tərəfi isə, “Azərbaycan tərəfin icazəsi olmadan Azərbaycan ərazisi üzərində bir təyyarə belə uça bilməz” deyə cavab bildirib.
Tanınmamış DQR rəhbərliyi isə uçuşların “vətəndaşların hərəkət etmə hüquqlarının təmin edilməsinə xidmət etdiyini və həmin adamların yaşadıqları ərazinin statusuna aidiyyəti olmadığını” iddia edib.
Hərbi ekspertlər Turana bildirib ki, Azərbaycanın bu təyyarələrin uçuşuna mane olacaq şərait yaratmaq və ya onları məhv etmək üçün lazımi qədər Hava Hücumundan Müdafiə vasitəsi mövcüddur.
Ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri hava limanının fəaliyyət göstərməsi üçün tərəfləri güc tətbiq etməməyə çağırıb.




















