Yeni xarici pasportlar sentyabrdan veriləcək

Sentyabrdan verilən xarici pasportlarda özündə vətəndaş haqqında məlumat, foto, barmaq izi və müvafiq icra hakimiyyəti orqanından verilən məlumatları saxlayan elektron çip (daşıyıcı) yerləşdiriləcək.
Azərbaycan Parlamentinin cümə günü iclasında təsdiqlənən bu qayda "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda edilən dəyişiklik nəticəsində yaranıb.
Yeni pasportların verilməsi bu ilin 1 iyununa nəzərdə tutulsa da, zaman payıza keçirilib.
Zamanın dəyişdirilməsinə səbəb isə, pasport verən qurumların (Daxili İşlər orqanları) “yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına daha çox zaman ehtiyac olmasıdır”, APA Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərini sitat gətirib.
Hüseynli, sənədlərin payızdan verilməsində “problem olmayacağını” bildirib.
Dəyişiklik həm də, pasportların müddətinə də təsir göstərib.
Bundan sonra, bir yaşa qədər uşaqlara pasportlar birillik, 1-3 üçün üçillik, 18 yaşadək beş illik veriləcək.
Sonuncu yaşdan sonra pasportların müddətində dəyişiklik olmayıb.
Hazırda pasportların verilmə müddəti on ildir.
























