ABŞ Azərbaycanın terrorçuluqla mübarizəsini dəyərləndirir

Dövlət Departamenti
Çap edildi

"Azərbaycan terrorçu təşkilatların Qafqaz vasitəsilə insan, maddi və maliyyə resursları ötürmək cəhdlərinin qarşı çıxır."

Bu, ABŞ-ın Azərbaycan haqqında 2012-ci il Terrorçuluq üzrə Ölkə Hesabatında deyilir.

Hesabata görə hökümət qanunvericilik və regional və beynəlxalq əməkdaşlıq vasitəsilə terrorçuluq əleyhinə mübarizəni "gücləndirməyə davam edib".

Eyni zamanda qeyd olunur ki, hökümət dini ibadəti sıxışdıraraq ekstremizmin inkişaf etməsinə imkan yarada bilər.

Hesabatda terrorçuluğa qarşı mübarizədə əsas hadisələr qeyd olunur: Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi ərəfəsində terror planlaşdırmaqda şübhəli bilinən 40 şəxsin həbsi, yəhudi məktəbində iki ravvin müəllimi öldürmək planı ilə əlaqədar iki şəxsin həbsi, müsadirə edilən silahlar və pullar və digərləri.

"Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə" hissəsində deyilir ki, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün, 2009-cu ildən 15 qanun, altı prezident fərmanı və bir çox digər tədbir görülüb.

Dövlət Departamenti həmçinin bu istiqamətdə regional və beynəlxalq əməkdaşlığın növlərini qeyd edir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, İstanbul Prosesində və Xəzəryanı ölkələrin işçi qrupunun iclaslarında iştirak etməsi əməkdaşlıq nümunəsi kimi göstərilir.

Bütün bunlara baxmayaraq, ölkə hesabatında həmçinin deyilir ki, Azərbaycan höküməti "dini fəaliyyəti məhdudlaşdırır".

"Tənqidçilər iddia ediblər ki, dinə qulluq etməyin qarşısına yönələn tədbirlər zorakı ekstremizmin inkişafına kömək edə bilər", Dövlət Departamenti deyir.