Elmar Məmmədyarov ABŞ dövlət katibi ilə görüşüb

Çap edildi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da səfərdə ikən ABŞ dövlət katibi John Kerry ilə görüşüb.

"Azərbaycan Əfqanıstanda, ISAF-da (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri - BBC), şimal marşrutunda və eyni zamanda cənub qaz xəttində və bizim üçün vacib olan digər sahələrdə də mühüm tərəfdaş olub", cənab Kerry mətbuata açıqlamasında deyib.

Qarabağ münaqişəsi haqqında isə JOhn Kerry deyib ki, irəliləyiş əldə etmək üçün "sakit və səbirlə çalışmağa davam edəcəyik".

John Kerry həmçinin qeyd edib ki, ABŞ Azərbaycanın "daha böyük demokratiyaya doğru yolla getməsində maraqlıdır, ölkədə plüralizmi inkişaf etdirmək və regionda stabillik və sülhə nail olmaq üçün."

Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Ermənistanla "tamamilə, var gücü ilə sülh şəraitində yaşamaq" istədiyini bildirib.

Məlumata görə iki rəsmi arasında görüş zamanı cənab Məmmədyarov dövlət katibi Kerry-ni Bakıya rəsmi səfərə dəvət edib və o, dəvəti qəbul edib.