Liviya: Etirazçılarla silahlı dəstə arasında toqquşmada azı 30 nəfər həlak olub

Benghazi
Çap edildi

Liviya hərbi qüvvələrinin qərargah rəyisi Benqazi şəhərində silahlı dəstələrlə etirazçılar arasında qanlı toqquşma baş vermiş insan itksindən sonra vəzifəsindən istefa verib.

Yusif əl-Manquş etirazçılarla Benqazidəki silahlı dəstə ilə toqquşma nəticəsində 30 nəfər həlak olduqdan sonra istefa verib.

Liviya Ümummilli Konqresi bazar günü keçirdiyi qapalı sessiyasında Yusif əl-Manquşun istefasını qəbul edib, konqresdəki mənbələr deyirlər.

Toqquşmaya səbəb etirazçıların Benqazi şəhərində silahlı dəstələrin buraxılması tələbi olmuşdur.

2011 ildə polkovnik Qəddafinin ölümündən sonra, Liviya hökünməti silahlı dəstələrin buraxılmasına cəhd göstərir.

BBC müxbiri Rana Cavad bildirir ki, Yusif əl-Manquş barədə onun silahlı dəstələrin öhdəsindən gələ bilməməsi fikri geniş yayıldığından, onun tezliklə əvəz olunacağı gözlənilirdi.

Ordu rəhbərliyi onun istefa ərizəsini imzalayıb.

Bu qərarın daha geniş tədbirin tərkib hissəsi olduğu bildirilir.

Həmin qərara əsasən, istintaq aparmaq və silahlı dəstələri buraxmaq məqsədilə hakim təyin olunur, eləcədə ölkədə baş vermiş qanlı hadisələrlə bağlı 3 günlük matəm elan olunub.