Ermənistanda gələcək çağırışçılar üçün hərbi təlim - şəkillər

Çap edildi

Ermənistanda ordu xidmətinə çağırılmamış gənclərin hərbi hazırlığı məqsədilə Dilican şəhərində xüsusi yay düşərgələri fəaliyyət göstərəcək.

Kurort şəhəri Dilicanda Ermənistandan, Dağlıq Qarabağdan və Ermənistanda təhsil alan xarici diaspordan 16-22 yaşlı gənclərin ordu xidmətinə hazırlanması üçün “Vətənimin əsgəriyəm” sərlövhəli düşərgələr açılıb.

“Düşərgələrdə yay aylarında çağırış yaşına çatmamış gənclərin vətən haqqında və hüquqi biliklərinin artırılması, vətənpərvərlik tərbiyəsi, tarixi qəhrəmanlıq epizodları, Qarabağ müharibəsi, müasir erməni ordusunun imkanları, hərbçinin vəzifəsi və hüquqları ilə tanış etmək məqsədilə mövzularında tarixçilər, hərbçilər, hüquqşünaslar, dövlət məmurları mühazirələr oxuyacaq”, - deyilir Ermənistan Müdafiə Nazirliyinin məlumatında.

Mühazirələrdən başqa, mədəni, intellektual və idman oyun-yarışları təşkil ediləcək.

“Vətənimin əsgəriyəm” gənclər düşərgələri Ermənistan Müdafiə Nazirliyi və “Ermənistan inkişaf proqramları” ictimai təşkilatın yardımı ilə təşkil edilir.