Erməni təhlilçinin fikri: "Saxla, Moskva, yalan danışmaq lazım deyil"

Erməni politoloq İqor Muradyan “Svobodnaya pressa”da 18 iyun 2013 tarixli<link type="page"><caption> “Zaqafqaziya altına bikford fitili”</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130619_russia_azerb_arming.shtml" platform="highweb"/></link> sərlövhəli Andrey İvanovun məqaləsinə öz münasibətini bildirib.
Hər dəfə, Azərbaycana növbəti Rusiya silah tədarükündən sonra, Rusiya maraqlarına vəkillik etmək üçün erməni “politoloqlar” səfərbər edilir. Moskva KİV-lərinin artıq Ermənistanda öz əlaltıları var, və növbəti rüsvayçı situasiyanı şərh etmək üçün avtomatik olaraq onlara müraciət edirlər. Budur, növbəti dəfə rusların üzünü ağ edən fikirlərini “politoloq” Seryoja Minasyan təqdim edib. Lakin onun kimi ütülmüş “müəlliflər” yeni bir şey deməyə qadir deyillər.
"Aydındır ki, Azərbaycana silah satan Rusiyanı ilk növbədə pul maraqlandırır. Artıq Rusların öz mənfəətpərəst məqsədlərini hər hansı strateji vəzifələr kimi qələmə verməsinin də mənası yoxdur", - politoloq qeyd edir.
İqor Muradyan daha sonra davam edib: "Yox, belə olmaz, Rusiyada silahların ixracatına kimin əmr verdiyi hamıya məlumdur. Rusiyada Azərbaycanın baş lobbisti baş nazir Dmitri Medvedevdir, V. Putin isə bu halda, görünür, onun müavinidir".
Ermənistan politoloqunun gəliyi nəticə budur kı, "Rusiya siyasi rəhbərliyi, sözün tam mənasında, erməni qanı hesabına pul qazanır".
İyunun 18-dəYerevandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan, Rusiyanın Azərbaycana 1mlrd dollarlıq silah satışı sövdələşməsinə belə bir reaksiya vermişdir: "Əlbəttə, Ermənistanda onun KTMT üzrə müttəfiqi Rusiyanın Azərbaycanı silahlandirmasına sevinmirlər. Lakin cəmiyyətdə əhval-ruhiyyə son illər necə olubsa, elə də qalır. Bir halda ki, Rusiya Azərbaycana silah satışı müqabilində Ermənistana pulsuz silah tədarük edir. Ən yeni növləri olmasa da, Qarabağ münaqişəsi bölgəsində vəziyyət tarazlığını təmin edə bilir.Belə çıxır ki, Azərbaycan tək öz silahını deyil, həm də şərti düşməni Ermənistanın eyni tipli texnika ilə pulsuz təmin olunmasının haqqını ödəyir. Rusiya az pul qazanmır".




















