BP Meksikada "əhəmiyyətli yataq" aşkar edib

BP
Şəklin alt yazısı, 2013-cü il BP üçün son 10 ilin ən uğurlu ili olub.
Çap edildi

BP şirkəti Braziliyada kəşfiyyat apardığı və 1.08 milyard dollar həcmində xərc çəkdiyi sahədən imtina etdiyini və qazılmış kəşfiyyat quyusunu bağladığını bəyan edib.

Şirkətin yaydığı bəyanatda aparılmış kəşfiyyat işləri nəticəsində "yatağın perspektivsiz olduğu" nəticəsinə gəlindiyi xəbər verilir.

Eyni zamanda şirkət Meksika Körfəzinin dərin qatlarında "əhəmiyyətli" perspektiv sahənin aşkar olunduğunu da qeyd edib.

Britaniya enerji nəhənginin bəyanatında bu kəşf 2010-cu ilin dəhşətli texnogen qəzasıdan sonra BP-nin Meksika Körfəzində əməliyyatlarının əvvəlki ahəngliyinin bərpa olunması istiqamətində atılan addım kimi təqdim edilib.

"BP-nin Braziliyada, Camamu-Almada hövzəsində, operatoru olduğu 'BM-CAL-13' blokunda Pitanga kəşfiyyat quyusunda neftin və qazın miqdarı kommersiya həcmində olmadığıdan", şirkət həmin blokda işləri bitirmək və quyunu bağlamaq qərarına gəlib.

BP şirkəti $1.08 milyardlıq xərclərdən $850 milyonun 'BM-CAL-13' blokun qiymətinə aid olduğunu, qalan məbləğin isə qazma işlərinə xərcləndiyini bildirib.

Məlumatda qeyd olunub ki, 2010-cu ildə BP Azərbaycanda, Braziliyada, Meksika Körfəzində və ABŞ-ın Devon Energy şirkətindən ümumi dəyəri $7 mlrd dollar həcmində müxtəlif təyinatlı əmlak alıb.