Azərbaycanın Rusiyaya qaz nəqli dayandırılıb

Şəklin mənbəyi, AFP
Çap edildi
Yanvarın 13-dən Azərbaycanın Rusiyaya qazın nəqli "təmir işlərinə görə" dayandırılıb.
Mediada Qazprom şirkətinə istinadən yayılan məlumatlara görə, qazın nəqli yanvarın 13-dən səhər saat 10:00-dan dayandırılıb.
Nəqlin bərpa olunacağı tarixin hələ ki, məlum olmadığı bildirilir.
APA-nın ARDNŞ-yə istinadən verdiyi məlumata görə, nəqlin dayandırılmasının səbəbi, "Azərbaycan qaz keçidlərinin olduğu Bakı-Rusiya sərhədi avtomobil yolu boyunca təmir işlərinin aparılmasıdır".
Bu günə qədər Azərbaycan Rusiyaya gündə üç milyon kubmetr qaz nəql edib. Azərbaycan, Dağıstanı qazla təchiz edən mənbələrdən biridir.




















