Rusiya: Suriya ilə bağlı Tehran və Dəməşqlə sövdələşmə olmayıb

Məhəmməd Zarif
Şəklin alt yazısı, Rusiya İranla danışıqlarda neftlə mal mübadiləsi mövzusunun müzakirə olunmadığını bildirib.
Çap edildi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranlı həmkarı ilə danışıqlardan sonra Suriya tənzimlənməsi üzrə Tehran və Dəməşqlə üçtərəfli sövdələşməyə malik olduğu barədə məlumatları təkzib edib.

Eyni zamanda Rusiyanın xarici işlər naziri Məhəmməd Zariflə görüşündə Suriya mövzusunun müzakirə olunduğunu vurğulayıb.

Cümə günü Moskvaya səfərlə Suriyanın Xarici işlər naziri baş çəkməlidir.

Rusiya Suriya tənzimləməsinə İranın cəlb olunmasını görmək istərdi.

İranın xarici işlər nazirinin Moskvaya səfəri Vaşinqtonda narahatlıq doğurmuş Rusiya-İran danışıqları barədə xəbərlərdən sonra yer alır.

Ötən gün Ağ Ev Rusiya ilə İran arasında neftlə mal mübadiləsi barədə məsləhətləşmələrə dair xəbərlərin narahatlıqla izlənildiyini bildirib.

Yanvarın 10-da Reuters agentliyi adı açıqlanmayan Rusiya və İran mənbələrinə istinadən ölkələr arasında 1.5 mlrd dollar həcmində "svop-sövdələşmə" barədə xəbər yayımlayıb.

Məlumatda neft əvəzində İrana məhz nə kimi Rusiya mallarının göndəriləcəyi dəqiqləşdirilmir.

"Əhəmiyyətli irəliləmə əldə olunub və sövdələşmənin yekunlaşması şansları kifayət qədər yüksəkdir. Biz detalları müzakirə edirik və müqavilənin imzalanma tarixi bu detallardan asılıdır", - Reuters agentliyində Rusiya mənbəsinin sözlərindən iqtibas verilir.

Rusiya rəsmiləri məlumatı şərh etməkdən imtina ediblər. İran isə bu kimi danışıqların yer aldığı barədə məlumatları təkzib edib.

ABŞ bildirib ki, Rusiya-İran sövdələşmələri Tehranla qüdrətli dövlətlər arasında ötən il əldə olmuş razılaşmaya ziddir və yeni sanksiyalara səbəb ola bilər.

Rusiya ekspertlərinə əsasən Moskva İranla Qərb arasında mülayimləşmədən istifadə edərək, Tehranla siyasi və iqtisadi əlaqələrini möhkəmlətməyə çalışır.