#BBCAzeriTrending: #köylütürkler

Çap edildi

Ötən həftəsonu azərbaycanlı və türk Twitter istifadəçiləri arasında #köylütürkler ("kəndli türklər") həştəqi ilə çəkişmə olub.

Həştəq azərbaycanlı istifadəçilər arasında amerikalı futbolçu haqqındakı söhbət zamanı bir türk istifadəçi azərbaycanca danışmağa "cəhd edərək" söhbətə qarışandan sonra başlayıb.

<bold>@AxmedikB</bold> və <bold>@cavidaga</bold> ABŞ qapıçısı Hope Solo haqqında <link type="page"><caption> danışır</caption><url href="https://twitter.com/AxmedikB/status/414713152962428928" platform="highweb"/></link>. Cavid Ağa deyir ki, o, Dexter-in (məhşur teleserialın qəhrəmanı) bacısına oxşayır. Burada türk istifadəçisi <bold>@privateminister</bold> azərbaycanca danışmağa cəhd edir. <bold>@cavidaga</bold> cavab yazır: "sen takıl kendi köylü Türkçenle abi, aristokratik Azerice sizlere göre değil".

Hər şey "aristokratik" dildə başlasa da, mövzu tezliklə siyasəti, kinonu, ədəbiyyatı və digər dairələri də əhatə edib.

"Her shey bir yana da Nazim Hikmete sahib cixa bilmeyen #köylütürkler", yazıb @RovshenDanyeri.

"Oğuz Atayın modernizmini anlamayıb, onu oxucusuz qoyan, sözləri ilə üsyan etməyə məcbur edən #köylütürkler" - @HaciSeferov.

"Bu kim biliyormusunuz? Bizim first lady-miz bu hanım beyler... #köylütürkler", Mehriban Əliyevanın şəklini paylaşan @HuseyinGurbanov yazıb.

@sametvazhiyir: "Lan bu azeriler yıllarca ruslar tarafından ezilip rusca öğrenince Türkiye'ye tatile geldiğinde rusum diye geçinenler değilmi #köylütürkler".

@trendinaliaTR analitika sisteminə əsasən ən təsiredici paylaşım @cavidaga-dan gəlib: "Saat 10dan sonra Efes pive içe bilmeyen #köylütürkler". Trendinalia xəbər verir ki, şənbə günü ərzində #köylütürkler 7-ci ən populyar (trending) mövzu olub. Bu siyahıda həştəq 10 saat qalıb, Trendinalia məlumat verir.

Twitturk saytının məlumatına əsasən isə həştəq artıq 3300 dəfədən çox istifadə olunub.

#köylüazeriler

Hadisə Türkiyədə o qədər böyük olub ki, "Vatan" qəzetinin saytında <link type="page"><caption> "İki millet bir heşteg"</caption><url href="http://haber.gazetevatan.com/iki-millet-bir-hesteg-koyluturkler/607929/4/yazarlar" platform="highweb"/></link> adlı yazı çap edilib.

"Amanin! Azeriler meğer bizden ne kadar şikayetçiymiş!" Mutlu Tönbekici yazır.

"Azerbaycan hakkında bilgimiz de bu arada sıfır. Bu tip mahalle kavgalarını (döyüşmələrini) sevmem. Fakat bazı duyguları ortaya çıkarması bakımından iyi oldu".

Bir çox istifadəçi bu həştəqin populyarlığını müsbət qarşılasa da, bəziləri bunun mənfi nəticələrindən danışıb.

"#köylütürkler iki üç kişi için Azerbaycan Türküne düşman kesilmek dogru diyil #köylütürkler #nemutluturkumdeyen #azerbaycantürkiye", @Sahil_Naghi yazıb.

Digərləri isə #köylüazeriler həştəqindən də istəfadə edərək öz fikirlərini bildiriblər.

‏@FQenizade: "Hepimiz köylüyüz :) #köylütürkler #köylüazeriler"