Bakıdakı Britaniya səfirliyinin viza şöbəsi bağlanır

İrfan Sıddıq
Şəklin alt yazısı, İrfan Sıddıq ilə geniş müsahibəni yaxın günlərdə saytımızda izləyə bilərsiniz.
Çap edildi

Britaniya vizası üçün müraciətlər aprelin 1-dən sonra ölkənin Azərbaycandakı səfirliyində yox, Bakının mərkəzində yerləşən özəl xarici şirkətdə qəbul ediləcək, Britaniya səfiri deyir.

Britaniyanın dünyada 300-dən çox viza mərkəzlərini idarə edən şirkətlə müqavilə 1 apreldə qüvvəyə minəcək, səfir İrfan Sıddıq BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq müraciətlərin qəbul ünvanın yenilənməsi ilə əlaqədar işlərə başlanılıb.

Fevraldan isə, müraciət edənlərə təklif edilən viza xidmətlərinə müəyyən dəyişikliklər edilməyə start veriləcək.

Bu dəyişiklərə dünya boyunca müraciət ünvanlarının artırılması aiddir. Həmçinin ola bilər ki, bəzi ölkələrdə iş saatı azaldılsın, yaxud az müraciət alan viza mərkəzləri müraciət edənlərdən təklif edilən xidmətlər müqabilində xidmət haqqı alsın.

BBC Azərbaycancanın səfir İrfan Sıddıqlə müsahibəsi yaxın günlərdə saytımızda dərc olunacaq.

Səfirin viza məsələsilə açıqlamaları və sosial mediada sizin verdiyiniz suallara cavabları həmin müsahibədə oxuya biləcəksiniz.