Formula 1 Grand Prix yarışı Bakıya gəlir

Şəklin mənbəyi, Getty
Azərbaycan 2016 Formula 1 Grand Prix yarışının Bakıda keçiriləcəyini bəyan edib.
Yarış İçəri Şəhəri, müasir binaları və Xəzər Dənizindən mənzərəni birləşdirəcək.
Azərbaycanda keçiriləcək F1 yarışı Avropa Grand Prix adlandırılacaq.
Bundan əvvəlki Avropa Grand Prix yarışları Almaniya, İspaniya və Britaniyada keçirilib.
Azərbaycan höküməti deyib ki, yol sxemi hələ ki, tamamlanmayıb.
Amma idman naziri Azad Rəhimovun sözlərinə görə, start və finiş xətti Azadlıq Meydanında olacaq və yol şəhərin ən məhşur nöqtələrindən keçəcək.
"Azərbaycan idmanda mükəmməllik mərkəzi kimi reputasiya qazanan müasir Avropa ölkəsidir", cənab Rəhimov deyib.
"Formula 1 yarışını Bakıya gətirmək barədə saziş, dünyanın ən böyük idman tədbirlərini ölkəmizə gətirmək üzrə davam edən nailiyyətlərimizin bir hissəsidir", - nazir əlavə edib.
























