Soçidə Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyi vurğulanıb

Şəklin mənbəyi, EPA
Soçi görüşü gedişində Rusiya, Ermənistan və Azərbaycan liderləri Qarabağ münaqişəsini yalnız dinc yolla həll etmək mümkün olduğunu bəyan ediblər.
"İnsan ölümündən ağır faciə ola bilmıəz", Rusiyanın İnterfax agentliyinə əsasən, prezident Vladimir Putin bazar günü Soçidə keçirilmiş üçtərəfli görüşdə bildirib.
Rusiya prezidentinin təbirincə, o, "məmnunluq hissilə" həm Azərbaycan prezidentinin, həm də Ermənistan prezidentinin "problemin dinc yolla həllinin vacibliyinə" diqqət çəkiblər.
Rusiya dövlət başçısının təbirincə, Qarabağ münaqişəsinin Sovet İttafaqından miras qaldığı nəzərə alınmalıdır.
"Xoş məram varsa istənilən mürəkkəb problemi çözmək mümkündür, mənə elə gəlir ki, belə bir xoşməramlı iradəyə həm azərbaycan xalqı, həm də erməni xalqı malikdir", Putin vurğulayıb.
O, Azərbaycan və Ermənistan həmkarlarına problemi əvvəlcə dar çərçivədə, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirə etməyə təklif edib.
Rusiya prezidentinin qeyd etdiyi kimi, regional, o cümlədən, Qarabağ probleminin də beynəlxalq formatlarda tənzimlənməsi cəhdlərinə baxmayaraq, Rusiya, Erməınistan və Azərbaycan arasında mövcud olan tarixi əlaqələrdən irəli gələn imkanlardan istifadə etmək gərəkdir.
В.Путин xatırladıb kı, ötən gün Azərbaycna və Ermənistan prezidentlərilə ikitərəli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək imkanı olub.
"Regional tənzimləmə ilə bağlı ən ağır məsələləri müzakirə etmək, açıq söhbət aparmaq üçün müvafiq ab-hava yaratdıq", Putin qeyd edib.
Rusiya mediasının məlumatına əsasən, prezident Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul edildiyinə lakin üstündən 20 il keçməsinə baxmayaraq həmin qətnamalərə əməl edilmədiyinə diqqəti çəkib.
Ermənistan prezidenti Sarkisyan Azərbaycanın BMT qətnamələrinə istinad etməsinə toxunaraq həmin məsələyə münasibətini sual tərzində səsləndirib : "Azərbaycan həmin qətnamələrin hansı maddəsini yerinə yetirib?"
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri münqişənin dinc yollarla həll edilməsinin vacibliyini qeyd ediblər.
























