ARDNŞ bəzi səhmlərini satır

Şəklin mənbəyi, OSMAN KARIMOVAFPGetty Images
Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) "Petkim" neft-kimya layihəsindəki 3,4%-lik səhm paketini satır.
Azərbaycan Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev məlumatı BBC Azərbaycancaya təsdiqləyərək, bunun normal praktika olduğunu və kommersiya aləmində tez-tez baş verdiyini bildirib.
İqtisadçı İlham Şaban hesab edir ki, "görünür, şirkətə müəyyən qədər vəsait lazım olub və az miqdarda səhmi satmaqla müəyyən gəlir əldə etmək istəyib".
İqtisadçı “Petkim”in səhmlərinin qiymətinin 2 bənd artmasına da münasibət bildirib.
”Petkim” 2014-cü ili 2013-cü ilə nisbətən mənfəət baxımından uğurla başa vurub. 2014-cü ilin maliyyə hesabatı açıqlanmasa da gözləntilər kifayət qədər yüksək idi. Bu, səhmlərin qiymətinin artmasının səbəblərindən biri ola bilər,” İlham Şaban deyib.
Əsası 1965-ci ildə qoyulmuş “Petkim” şirkətinin səhmlərinin 61,32%-i ARDNŞ-ə məxsusdur.




















