Çin: polis üç "şübhəli uyğuru güllələyib"

Çin uyğurları polisin repressiv hərəkətlərindən narazıdırlar
Şəklin alt yazısı, Çin uyğurları polisin repressiv hərəkətlərindən narazıdırlar
Çap edildi

Çinin şimal-şərqindəki Shenyang şəhərində polis əməkdaşları, bıçaqlarla silahlanmış və etnik uyğur olduğu deyilən üç şübhəli şəxsi güllələyiblər.

Polisin yaydığı məlumata əsasən, atışma 3 kişi və bir qadın uyğur müsəlmanların qaldığı kirayələnən evə polis reydi keçirilən zaman baş verib.

Uyğurlar ölkənin qərbində yerləşən Sincan regionundan gəliblərmiş.

Pekin uyğur separatçıılarını Sincan və ölkənin digər bölgələrində terrorçuluq törətməkdə ittiham edir.

Uyğrlar isə bildirirlər ki, iğtişaşaların yaranmasının əsas səbəbi Çin polisinin repressiv hərəkətləridir.