Seymur Həzinin məhkəməsi sentyabra qədər təxirə salınıb

Şəklin mənbəyi, Ayende M
Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində jurnalist Seymur Həzinin kassasiya şikayətinə baxılıb.
Vəkil Adil İsmayılovun sözlərinə görə, Seymur Həzinin proses zamanı "dəmir barmaqlıqlar" arasından çıxarılması haqqında vəsatət təmin olunub.
Vəkilin zərərçəkmiş Məhərrəm Həsənovun məhkəməyə gətirilməsi vəsatəti də təmin olunub. O, növbəti məhkəmə prosesinə dəvət olunacaq.
Hakim məzuniyyətə getdiklərini səbəb gətirərək prosesi sentyabrın 22-ə qədər təxirə salıb.
Vəkil Adil İsmayılov məhkəmənin "əsassız olaraq" uzadıldığı fikrindədir.
Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən"Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzi 2014-cü ilin avqustunda həbs olunub.
Ona qarşı "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.
Bu ilin yanvar ayında o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
























