Yunusların işi birinci instansiya məhkəməsinə qaytarılıb

Çap edildi

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların Apellyasiya məhkəməsi baş tutub. Məhkəmə Yunuslar barəsindəki cinayət işini tədqiq edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərib.

BBC Azərbaycancaya danışan vəkil Elçin Sadıqovun sözlərinə görə, buna səbəb Bakı Ağır Cinayətlər Məhkəməsinin protokolların tərtibində qeyri-dəqiqliyə yol verməsi olub.

"Protokollarda şahidlərin ifadələri düzgün yazılmamışdı", deyən vəkil növbəti iclasın qeyri-müəyyən vaxtadək təxirə salındığını da əlavə edib.

Vəkilin sözlərinə görə, Leyla və Arif Yunusla söhbət edə bilməyib. Çünki Yunuslar yenə səskeçirməz şüşə qəfəsə (akvarium) salınıb.

Avqustun 13-də Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan prosesdə Sülh və Demokratiya İnstitutunun direktoru <link type="page"><caption> Leyla Yunus</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150813_yunus_profile" platform="highweb"/></link> əmlakı müsadirə olunmaqla 8 il 6 ay, onun həyat yoldaşı, politoloq Arif Yunus isə 7 il müddətinə <link type="page"><caption> azadlıqdan məhrum edilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150813_leyla_yunus_arif_yunus_trial" platform="highweb"/></link>.

Leyla və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Beynəlxalq təşkilatlar onların hər ikisinin həbsini siyasi motivli <link type="page"><caption> sayır</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/10/141016_state_dept_yunus_statement" platform="highweb"/></link>.

Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.