MTN-in sabiq idarə rəisi Akif Çovdarov həbs edilib

Çap edildi

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarov barəsində həbs qətimkan tədbiri seçilib.

Cənab Çovdarov Səbail Rayon Məhkəməsi tərəfindən üç ay müddətinə azadlıqdan məhrub edilib, APA xəbər verir.

Akif Çovdarov əleyhinə çoxsaylı sahibkarların şikayətləri ilə yanaşı, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da ifadə veriblər.

Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs qətimkan tədbiri seçilib.

Cənab Çovdarovun Bakı İstintaq Təcridxanasına aparıldığı bildirilir.