Mətbuat icmalı: "Xədicə İsmayıl da azadlığa buraxıla bilər"

Şəklin mənbəyi, Getty
Qəzeti “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi və aparıcısı Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsi barədə yazır.
"Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir", - qəzet bildirir.
Martın 29-da keçirilmiş məhkəmə iclasında Rövşən Zahidovun həyat yoldaşı, Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan Leyla Zahidova şahid qismində ifadə verərək, evlərinə narkotikin necə atıldığını danışıb:
“Yoldaşım ustadır, onu iş gördürmək adı ilə rayona çağırıb, orada tutublar. Qaynıma xəbər gəldi, dedilər ki, Qənimət Zahidova görə tutulub. Yoldaşım tutulandan sonra bir ağ “Niva” hər gün qapımızda fırlanırdı. Birinci dəfə gələndə qonşunun uşaqlarından soruşub ki, “Rövşəngilin evi hansıdır?” Bir neçə dəfə gəlib fırlanandan sonra qonşu dedi ki, “bu, polis rəisinin müavinidir”. Dərhal qohumlarımıza, qayınlarıma, baldızıma xəbər verdim. Qorxurdum ki, gəlib evimizə, həyətimizə nəsə atarlar. Bir neçə gün hamısı bizdə qaldılar. Bir gün qohumun hüzrü düşmüşdü, hamısı rayona yas yerinə getdilər, mən evdə tək qaldım. Elə onlar gedəndən az sonra evə hücum elədilər, insan kimi də yox… 30-40 nəfər olardılar, qapını təpikləyirdilər. Evi dağıdıb-tökdülər…"
Leyla Zahidova həyat yoldaşının pencəyinin cibinə polislərin narkotiki necə qoyduğunu öz gözlərilə gördüyünü deyib. O bildirib ki, evə gələn polislər onu hədələyiblər.

Şəklin mənbəyi, AzerbaycanSaati
Məhkəmə prosesi aprelin 12-də davam edəcək, qəzet bildirir.
Qəzet “AzPolitika.info” və virtualaz.org-a istinadən yazır ki, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb.
Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, polkovnik Yaqub Əhmədov “xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə” işdən çıxarılıb.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.
...Ölkələrimizin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən qonaq bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini dedi. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd etdi. O, ölkəmizə sabitlik, firavanlıq və bütün sahələrdə inkişaf arzularını çatdırdı."

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL
"Ali Məhkəmə yaxın zamanlarda jurnalist Xədicə İsmayılovanın işi üzrə kasasiya şikayətinə baxacaq.
Bakı Apelyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova haqqında qərarından kasasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Jurnalistin vəkili Fariz Namazlı jurnalistlərə deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılovanın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kasasiya baxışı nəticəsində Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur".
...2015-ci il noyabrın 25-də Bakı Apelyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.
Beynəlxalq hüquq təşkilatları jurnalistin azad olunmasını tələb edirlər."
























