Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin ailələri hökmdən "narazıdır"

Mərhum jurnalist Rasim Əliyevin ailəsi məhkəmənin hökmünü "ədalətli" hesab edir
Şəklin alt yazısı, Mərhum jurnalist Rasim Əliyevin ailəsi məhkəmənin hökmünü "ədalətli" hesab edir
Çap edildi

Mərhum jurnalist Rasim Əliyevi döyərək öldürməkdə təqsirli bilinənlərdən ikisinin ailəsi Bakı Ağır Cinayətlər Məhkəməsində oxunan hökmdən narazı qalıb.

Samir Mustafayevin anası və bacısı cəzanın "həddindən yüksək" olduğunu deyərək hökmə etiraz ediblər.

"Mənim uşağım dava eləyənləri aralayıb. Hökmdə də dedilər ki, Rasimə yerdən qalxmağa kömək edib"- deyə ana 9 illik cəzanın "ədalətsiz" olduğunu düşünür.

Hökmə əsasən Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətov isə 9 il azadlıqdan məhrum ediliblər.

Zərərçəkmişin anası Teyfurə Əliyeva isə "mənə qalarsa bundan da yüksək verilməli idi" deyərək hökmün "ədalətli" oduğunu deyir.

Jurnalist Rasim Əliyev 2015-ci ilin avqust ayında, Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, bir gün sonra aldığı "çoxsaylı bədən xəsarətlərindən" xəstəxanda dünyasını <link type="page"><caption> dəyişib</caption><url href="http://www.bbc.com/azeri/region/2015/08/150809_rasim_aliyev_dies" platform="highweb"/></link>.

Samir Mustafayevin anası oğluna verilən 9 il cəzanın "həddindən çox" olduğunu deyərək hökmə etiraz edir
Şəklin alt yazısı, Samir Mustafayevin anası oğluna verilən 9 il cəzanın "həddindən çox" olduğunu deyərək hökmə etiraz edir

Məhkəmə istintaqı dövründə təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olması təsdiqini tapmadığına görə onlara cinayətdə iştirakçılıq və qəsdən sağlamlığa ağır zərər vurma maddələrinin tələbinə əsasən hökm oxunub.

Təqsirləndirilənlər arasında ən az cəza onlara verilsə də Samir Mustafayevin anası "davada iştirak etdiyinə görə adama bu qədər iş verməzlər" deyərək hökmə etiraz edib.

"Bizim uşaqları tutub basdılar, bəs niyə həkimləri məhkəməyə gətirmədilər", deyə ana həkimlərin "məsuliyyətdən kənarda" qaldığını iddia edir.

Kənan Mədətovun ailəsi də hökmü "ədalətli" qəbul etməyib. Növbəti addımın nə olacağını onlar vəkillə danışdıqdan sonra müəyyən edəcəklərini deyib.

Məhkəmə, hökmdən narazı qalan şəxslərin 20 gün ərzində appelyasiya şikayəti vermək hüququ olduğunu bəyan edib.

Cavid Hüseynovla bağlı işə hazırda Səbail Rayon Məhkəməsində baxılır
Şəklin alt yazısı, Cavid Hüseynovla bağlı işə hazırda Səbail Rayon Məhkəməsində baxılır

Jurnalist Rasim Əliyev vəfatından öncə həmkarlarına verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun oyunçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib. Cavid Hüseynov isə özünün günahsız olduğunu bildirir.

Ötən il avqustun 11-də futbolçunun özü, bibisi oğlu Elşən İsmayılov və daha bir neçə nəfər <link type="page"><caption> həbs olunub</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150811_javid_huseynov_arrested" platform="highweb"/></link>. Onlara qarşı cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma insan ölümünə səbəb olma və qrupun iki üzvünə əlaqvə olaraq oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən 5 nəfərlə bağlı məhkəmə prosesi yanvarın 5-də başlayıb. Cavid Hüseynovla bağlı maddə ayrıca icraata <link type="page"><caption> götürülüb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160126_rasim_aliyev_trial" platform="highweb"/></link> və iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.