Euro 2016: İD-in kimyəvi silahdan istifadə edəcəyi ehtimal edilir

Şəklin mənbəyi, Reuters
Böyük Britaniya rəsmiləri özünü "İslam Dövləti" adlandıran qruplaşmanın 2016 Avropa Futbol Çempionluğunda - Rusiya və İngiltərə arasındakı matç zamanı kimyəvi silahdan istifadə edə biləcəyindən ehtiyat edir, Sunday Times qəzeti yazıb.
Qarşılaşma iyunun 11-də Marsel şəhərində baş tutmalıdır.
Həm İngiltərə, həm də Rusiya Suriyada İD hədəflərini bombalayır, Fransa isə İD-ə qarşı koalisiya üzvüdür.
Qəzet yazır ki, belə halda belə hücum İD üçün "üçlü zəfər" ola bilər.
Fransa polisi də İD-in yeni hədəfinin Euro 2016 olacağından narahatdır. Buna görə də, ya sinir hüceyrələrinə təsir edə bilən qazın istifadəsi və ya intihar bombaçısına qarşı qoruma tədbirlərinə başlanılıb.
Qəzet yazır ki, Britaniyanın terrorla mübarizə qrupu artıq Euro 2016-nın təşkilatçıları ilə görüşlər aparır.




















