Prokurorluq Gülen hərəkatı barədə bəyanat yayıb

Türkiyə hökuməti 15 iyunda baş vermiş çevrilişə cəhdin arxasında Fethullah Gülenin dayandığını bildirir
Şəklin alt yazısı, Türkiyə hökuməti 15 iyunda baş vermiş çevrilişə cəhdin arxasında Fethullah Gülenin dayandığını bildirir
Çap edildi

Bəyanatda Fethullah Gülen hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı Baş Prokurorluq, DİN və Dövlət Təhlükəsizlik Xidmətinin istintaq-əməliyyat qrupunun yaradıldığı bildirilir.

"Fetullah Gülenin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda “fətullahçılığı” təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılıb," bəyanatda deyilir.

Bəyanatda həmçinin AXCP fəalı Fuad Əhmədli və Azadlıq qəzetinin direktoru Faiq Əmirovun həbsi barədə də qeyd olunur.

Bildirilir ki, “Azərfon” MMC operatoru vəzifəsində işləyən AXCP fəalı Fuad Əhmədlinin yaşadığı ünvana baxış zamanı Fethullah Gülenin çıxışları, “Gülən camaatı” adlandırılan qrupun üzvləri və “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilib.

Azadlıq qəzetinin direktoru Faiq Əmirovun avtomobilində axtarış zamanı “idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə “Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb,” bəyanatda deyilir.

Müxalifət, bu həbsləri hakimiyyətin öz opponentlərinə növbəti hücumu hesab edir və Azərbaycanda Gülenlə bağlı bir kitabln hətta Baş prokuror Zakir Qaralovun mərhum əmisinin redaktorluğu ilə çapdan çıxdığını deyir.

Bəyanatda həmçinin deyilir: “Hizmət hərəkatı”nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılmışdır”.

Türkiyə hökumətə 15 iyunda baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-da sürgündə olan din xadimi Fethullah Gülenin dayandığını bildirir.

Cənab Gülen <link type="page"><caption> iddiaları rədd edir</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/07/160718_fetullah_gulen_interview" platform="highweb"/></link>.

<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> Prokurorluq - Gülenlə bağlı kitablar "qadağan deyil</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160822_gulen_azerbaijan_arrests" platform="highweb"/></link>"