NATO qüvvələri Estoniyaya gəlir - şəkillərdə

Çap edildi

Estoniyaya 120 Britaniya əsgərindən ibarət hərbi qrup gəlib. Əsgərlər Rusiyanın mümkün addımlarına qarşı Baltik ölkələr və Polşada yaradılan NATO qüvvələrinin tərkibində xidmət edəcəklər.

Высадка из самолёта
Встреча

Aprel ayında Estoniyaya əlavə heyətinin ezam olunması ilə Britaniya kontingentinin sayı təxminən 800 nəfərə çatdırılacaq.

Высадка из самолёта
Выгрузка техники
Выгрузка техники

Britaniyanın müdafiə naziri Michael Fallon bildirir ki, əməliyyatın məqsədi Rusiyadan irəli gələn mümkün təhlükənin qarşısını almaqdır.

Выгрузка техники
Выгрузка техники

"Britaniya qüvvələri Estoniyada aparıcı rol oynamaqla yanaşı Polşada yerləşdiriləcək amerikalı müttəfiqlərimizə dəstək göstərməlidir", - Michael Fallon ölkəsinin NATO daxilində öhdəliklərinə sadiq qalmasını şərh edərkən deyib.

Шеврон

Britaniya hərbçilərilə yanaşı Estoniyada Fransa və Danimarka əsgərləri yerləşdirilməlidir.

Daha 150 britaniyalı rotasiya əsasında Polşada yerləşdirilən çoxmillətli qüvvələrin tərkibində xidmət edəcək.

Танки
Танки

Bu həftə Estoniyaya həmçinin zirehli texnika, tanklar və artilleriya qurğuları göndərilib.

Военные
Отлёт

Baltik ölkələr və Polşada NATO qüvvələrinin yerləşdirilməsi barədə qərar alyans tərəfindən 2016-cı ildə, Krımın ilhaqı və Ukraynanın şərqində münaqişənin alovlanmasından sonra təsdiqlənib.