Serena Williams-ın və Alexis Ohanian-nın qızı olub

Şəklin mənbəyi, Reuters
Tennis ulduzu Serena Williams Florida ştatında bir klinikada dünyaya qız uşağı gətirib.
35 yaşlı ABŞ-lı Williams St Mary's Medical Centre klinikasına çərşənbə günü yerləşdirilib.
23 Grand Slam qalibi Serena Williams-ın partnyoru Reddit internet forum şəbəkəsinin həmtəsisçisi Alexis Ohanian-dır.

Həmçinin oxuyun:

Yanvar ayında, Avstraliya Açıq oyunlarında idmana qayıtmaq niyyətində olduğunu bildirən ananı digər məşhurlar və idman ulduzları təbrik ediblər.
Onun bacısı, məşhur tennisçi Venus deyib ki, "Əlbəttə, mən çox həyacanlıyam. Bunu sözlərlə təsvir etmək mümkün deyil."
Cütlük hələlik bu məlumatı təsdiqləməsə də, Serenanın məşqçisi Patrick Mouratoglou Twitter-də yazıb ki, "mən sənin üçün çox şadam və sənin həyəcanını hiss edirəm".
"Bir də demək istərdim ki, sənin tezliklə sağalmağını arzu edirəm...bizim qarşıda çox işimiz var", o, əlavə edib.
"Ümid edirəm ki, tennis oynamayacaq"
Serena aprel ayında Snapchat-lə hamiləliyini göstərən şəkli səhvən yüklədiyini etiraf edib.
O, Avstraliya Açıq oyunlarını yanvar ayında, hamiləliyindən bir qədər sonra qazanıb və keçən ay Vogue dərgisinə titulunu müdafiə etmək istədiyini bildirib.
"Bu ən inanılmaz plandır", o, deyib. "Mən sadəcə bunu aydın demək istəyirdim. Bu (Avstraliya Açıq oyunları) mənim doğuşumdan üç ay sonra keçiriləcək."
İyun ayında, Vanity Fair dərgisinə çılpaq şəkildə çəkilib və deyib ki, "mən körpə ilə nə etməli olduğumu bilmirəm".
Onu ilk təbrik edən ulduzlardan biri, tennis ulduzu Rafael Nadal olub:
"Təbrik edirəm Serena!!! Sənin üçün çox şadam!!!"
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Reuters-in məlumatına görə, mətbuat konfrasında iştirak edən tennisçi Garbine Muguruza zarafat edərək deyib ki, "körpə qız? Onda ümid edirəm ki, o tennis oynamayacaq."
Məşhur ABŞ-lı ifaçı Beyonce də Serena-nı təbrik edənlər sırasına qoşulub:
"Təbrik edirəm Serena!"
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram





















