Misirdə yeni mumiyalar aşkar edilib

Egyptian archaeologists work on mummies at a recently discovered tomb in the Draa Abul Nagaa necropolis, Luxor's West Bank, 700km south of Cairo, Egypt, 9 September 2017
Şəklin alt yazısı, Məqbərə Draa Abdul Nağa nekropolisində aşkar edilib
Çap edildi

Misir arxeoloqları qadın və onun iki uşağına məxsus mumiyaların olduğu məqbərəni aşkar ediblər, rəsmilər bildirir.

Eramızdan əvvəl 16-11 -ci əsrlərə aid məqbərə Qahirədən 700 km məsafədə yerləşən Luksor şəhəri yaxınlığında aşkar edilib.

Məqbərədə həmçinin zərgər Amenemhat və arvadının oturmuş halda heykəlləri tapılıb.

Tapılmış üç mumyanın Amenemhata aid olub-olmaması isə aydın deyil.

Arxeoloqların bildirdiyinə görə, ana təxminən 50 yaşında ölüb. Yoxlamalardan sonra onun sümük xəstəliyindən öldüyü bildirilir. Onun iki oğlu 20 və 30 yaşlarında olub və cəsədlərinin yaxşı vəziyyətdə qaldığı deyilir.

An Egyptian antiquities worker works on a coffin in the recently discovered tomb of Amenemhat, a goldsmith from the New Kingdom, at the Draa Abu-el Naga necropolis near the Nile city of Luxor
Şəklin alt yazısı, Məqbərə Amenemhat adlı şəxsə məxsus olub

Rəsmilərin bildirdiyinə görə həmin dövrdə tanrı Amunun zərgəri olmuş Amenemhat məqbərəsinin tapılması yeni kəşflərə yol aça bilər.

Qədim Dövrlər naziri Xalid əl-Ənani deyib: "Biz məqbərənin içində və kənarında bir sıra əşyalar da aşkar etmişik. Biz mumiyalar, tabutlar, bəzi zinət əşyaları və heykəl tapmışıq".

"İşlər hələ davam edir".

Skulls and hands are seen next to coffin in the recently discovered tomb of Amenemhat, a goldsmith from the New Kingdom, at the Draa Abu-el Naga necropolis
Şəklin alt yazısı, Kişi mumyalara aid cəsədlərin yaxşı vəziyyətdə olduğu deyilir
A carved sandstone statue depicting the tomb's owner Amenemhat sitting on a high back chair beside his wife at a recently discovered tomb in the Draa Abul Nagaa necropolis, Luxor's West Bank, 700km south of Cairo,
Şəklin alt yazısı, Oğullarının Amenemhat və anasının arasında durduğu təsvir olunub