Malayziya: məktəbdə çıxan yanğında azı 24 tələbə və müəllim ölüb

Tahfiz Darul Quran Ittifaqiyah school in Kuala Lumpur (14 Sept 2017)
Şəklin alt yazısı, Yanğının gecə çıxdığı deyilir
Çap edildi

Malayziyanın paytaxtı Kuala Lumpurda dini məktəbdə çıxan yanğında azı 24 tələbə və müəllim ölüb.

Hadisə sentyabrın 14-də səhər saatlarında Tahfiz Darul Quran Ittifaqiyah məktəbində baş verib.

Hesab edilir ki, yataqxananın pəncərələri dəmir çərçivəli olduğundan qurbanlar xilas ola bilməyib.

Relatives of a student who died outside the school in KL (14 Sept)
Şəklin alt yazısı, Qurbanların ailələri

"Bu, ölkədə son 20 ildə yanğın olaylarında ən pis faciədir", Yanğın və xilas departamentinin rəhbəri Khirudin Drahman AFP-yə danışıb.

Polis bildirib ki, ölənlərin 22 nəfəri 13-17 yaşlarında tələbə, ikisi isə işçidir. Hadisə hər kəs yatan zaman baş verib.

Scorched beds inside the school
Şəklin alt yazısı, Məktəbin daxilində yanmış çarpayı və pəncərələr

Məktəbin yaxınlığında yaşayan bir qonşu Reuters xəbər agentlyinə deyib ki, o, qışqırıq səsləri eşidib və içəridə alov görüb:

"Uşaqlar kömək çağırırdılar, ancaq artıq alov qapını bürüdüyündən mən yardım edə bilmədim".

Police Chief Amar Singh outside the school
Şəklin alt yazısı, Polis deyir ki, qurbanlar güman ki tüstüdən boğulub

Polis yanğın qurbanlarının bədənlərinin "tamamilə yandığını" deyir.

Kuala Lumpurun polis rəisi Amar Singh deyib ki, xilas olmaq üçün yalnız bir çıxış olub, ona görə də məktəblilər və işçilər xilas ola bilməyib.