İD-nin yeni təbliğat vasitəsi: Instagram

IŞİD bayrağı
Çap edildi

Facebook, Twitter ve YouTube kimi sosial media şəbəkələrində ciddi nəzarətə alınan cihadçı hesabların təbliğat aparmaq üçün İnstagrama üz tutduğu bildirilir.

Britaniyanın "Times" qəzetində yer alan xəbərə görə, İnstagram-da özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanin 50 mindən artıq tərəfdarlarının hesabları aşkar edilib.

Cihad təbliğatı aparan hesabların qruplaşmanı tanıtmaq üçün tətbiqdəki stories (hekayələr) funksiyasından istifadə etdiyi də bildirilir.

Facebook-un 2012-ci ildə satın aldığı İnstagram-ın bir il əvvəl başlatdığı hekayələr funksiyası vasitəsilə paylaşılan mövzular 24 saat içində silinir. Qruplaşmanın bu funksiyadan istifadə etdiyi paylaşımlardan ikisində, İD bayrağını yelləyən bir körpə ilə başı kəsilmiş bir cəsədin olduğu göstərilib.

Hekayələr funksiyasından istifadə edən təbliğat hesablarının normal həyat nümayiş edən paylaşmalarıda var.

Məhsul yığan əkinçilər, yol təmiri kimi mövzularla onların "işləyən bir dövlət" təsəvvürü yaratmağa çalışdığı ehtimal olunur.

Aparılan araşdırmalar İnstagram-dakı azı 10 min hesabın qruplaşma ilə "çox sıx əlaqəsi" olduğunu müəyyən edib.

"Times"da yer alan xəbərə görə, bu hesabların paylaşdıqlarının yüzdə 30 faizi təşkilati məzmundan ibarətdir. Mütəxəssislər İD təbliğat proqramlarının əsas sosial media kanallarını əvvəlki kimi istifadə etmədikləri baradə xəbərdarlıq ediblər.

Qruplaşmanın bunun yerinə qısa ömürlü kanallar kimi bilinən şəbəkələrə üz tutduqları bildirlir.

IŞİD üyeleri

İD Snapchat-dan da istifadə edir

Şəkil ismarıcı tətbiqi olan Snapchat-ın Qərb ölkələrindən üzv qazanmaq üçün qruplaşma tərəfindən isitfadə edilməsi barədə məlumatlar da əldə edilib.

Qruplaşmanın bir üzvü təqibçiləriylə söhbət zamanı onu artıq Snapchat-dan izləmələrini xahiş edərək "Artıq Facebook öldü" deyib.

Qruplaşmanın Telegram və WhatsApp kimi ismarıclaşma proqramlarından da təbliğat məqsədiylə istifadə etdiyi bildirilir.

Ən çox qarşılıq Britaniyadandır

Policy Exchange adlı araşdırma mərkəzinin əldə etdiyi məlumatlara görə, internet sahəsində yayımlanan cihad təbliğatı ən çox qarşılığı Britaniyadan əldə edir.

İnstagram-dan verilən açıqlamada "Terrorçuların, terror təbliğatının və ya terroru tərifləyən mövzuların İnstagram-da yeri yoxdur. Bu cür mövzuları və hesabları müəyyən edən kimi ləğv edirik" deyilib.

Snapchat da buna bənzər bir açıqlama ilə bu cür məzmunlu mövzulara və hesablara göz yummadıqlarını söyləyib.

Təsisçiləri Rusiyanın Telegram ismarıclaşma tətbiqindən isə suallarına hələ cavab almadıqlarının bildiriblər.