Somali: Moqadişo partlayışında azı 230 adam həlak olub

Image shows civilians evacuating from the scene of an explosion in the Hodan district of Mogadishu, Somalia on 14 October 2017
Şəklin alt yazısı, Dağıntılar altında insanların qaldığı güman olunur
Çap edildi

Şənbə günü paytaxtda yük maşını ilə törədilmiş partlayış Somalidə 10 ildir davam edən hərc-mərclik tarixçəsinin ən qanlı hadisəsinə çevrilib.

Şənbə günü Somali paytaxtı Moqadişoda, insanlarla dolu olan ərazidə törədilmiş güclü partlayış nəticəsində azı 230 adam həlak olub, yüzlərlə adam yaralanıb, yerli polis bildirib.

Partlayış mehmanxana binası qarşısında törədilib.

Partlayan, partlayıcı maddə ilə yüklənmiş yük avtomobili olub.

İslamçı əş-Şəbab qruplaşması 2007-ci ildə üsyana başlayandan bəri, bu, Somalidə törədilmiş ən qanlı terror hücumudur.

Hücumun kimlərin tərəfindən törədilməsi aydın deyil, lakin məlumdur ki, Moqadişo, hökümətə qarşı çıxan əş-Şəbab qrupunun hədəfi sayılır.

Somalidə üç günlük matəm elan olunub.

Polis rəsmisi AFP agentlyinə bildirib ki, ölənlərin sayı arta bilər.

Onun təbirincə, 300-dən çox adam yaralanıb, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Paytaxtın Mədinə rayonunda törədilmiş ikinci partlayışda daha iki nəfər həlak olub.

A Somali man reacts next to a dead body on the site where a car bomb exploded at the center of Mogadishu, on October 14, 2017
Şəklin alt yazısı, Partlayış nəticəsində ölənlərin sayı arta bilər

BBC Somali xidməti müxbirinin sözlərinə görə, partlayış nəticəsində Safari Hotel mehmanxanası tamamilə çöküb, insanlar dağıntı altında qalıb.

Somalidəki ABŞ missiyası hücumu pisləyərək, ABŞ-ın, bu hadisədən sonra, Somali və Afrika İttifaqındakı partnyorlarına terrorizmlə mübarizədə kömək göstərmək əzminin daha da gücləndiyini bildirib.

Britaniya XİN başçısı Boris Johnson həlak olanların ailələri, Somali xalqı və hökümətinə başsağlığı bildirirək, Britaniyanın, terrorizmlə mübarizədə Somaliyə yardımını davam etdirəcəyini vurğulayıb.