Mankini geymiş çexiyalı "Borat"lar Qazaxıstanda həbs olunub

Czech men in Borat mankinis in Kazakhstan
Şəklin alt yazısı, Çex turistləri "xırda xuliqanlığa" görə saxlanılıb
    • Müəllif, Paul Harrison
    • Vəzifə, BBC UGC & Social News
  • Çap edildi

Məşhur komediya personajı Borat-ın geyimi - mankinidə - Qazaxıstan paytaxtı Astana küçələrinə çıxmış altı çex turisti yerli polis tərəfindən həbs edilərək cərimələnib.

Kişilər üçün açıq-saçıq çimərlik kostyumu sayılan mankinidə fotoşəkil çəkdirmək üçün ötən həftə Astana küçələrinə çıxmış çex turistlərinin hərəkəti yerli sosial mediasında geniş müzakirə olunub.

Çərşənbə axşamı yerli KİV-lər xəbər verib ki, turistlər həbs oldunduqdan sonra "nalayiq" geyim və görünüşə görə polis onların hər birini 22,500 tengə ($67) məbləğində cərimələyib.

Mankini geyimini məşhurlaşdıran aktyor Sacha Baron Cohen-in yaratdığı Borat adlı Qazaxıstan televiziyasının aparıcısı obrazı olub.

Sacha Baron Cohen/Borat poses for photographers
Şəklin alt yazısı, Mankini geyimi Sacha Baron Cohen tərəfindən yaradılan Borat obrazı sayəsində məşhurlaşıb.

Bu xəbər Qazaxıstan sosial istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Jurnalist Assem Mirjekeeva Facebook-da yazıb: "Maraqlıdır, görəsən Çexiya rəsmiləri, onların ölkəsində bizim vətəndaşların eyni hərəkətinə necə reaksiya verərdilər?"

"Məncə, onlar reaksiya verməzdi", - Facebook istifadəçisi Vitaliy Shuptar fikir söyləyib.

"Bu, sataşmaqdır, onlar tutulmalıdır", - @_solar__eclipse_ adlı istifadəçi İnstagram səhifəsində bildirib.

"Milləti təhqir etdiklərinə görə onlara cinayət işi açılmalıdır", - daha bir istifadəçi yazıb.

Borat obrazına Qazaxıstanda münasibət birmənalı deyil.

2006-cı ildə çəkdiyi " "Şanlı Qazaxıstan Xalqının Mənfəəti Naminə Amerika Mədəniyyətinin Öyrənilməsi" adlı filmində Baron Cohen ssenariyə görə, ABŞ-a sənədli film çəkməyə yollanan Qazax televiziyasının aparıcısı Borat Sagdiyevin obrazını yaradıb.

Actor Sacha Baron Cohen appears in character as Kazakh journalist Borat Sagdiyev at a press conference
Şəklin alt yazısı, Sacha Baron Cohen-in yaratdığı Borat obrazı sənədli film çəkmək üçün Amerikaya yollanıb.

Qazaxıstan Borat filmi və onun DVD-lərinin satışına qadağa qoyub.

Hökümət eləcə də Baron Cohen-i məhkəmə ilə hədələyib.

Film, əsasən, Rumıniyada çəkilsə də, Qazaxıstan rəsmiləri, bu filmin ölkəni irqçi, seksist və geridə qalmış biri kimi təsvir etdiyindən narazılığını bildirib.

Lakin 2012-ci ildə Qazaxıstan Xarici İşlər naziri, ölkəyə gələn turistlərin sayının artmasına səbəbkar olduğuna görə Sacha Baron Cohen-ə təşəkkürünü bildirmişdi.

A no photography sign

Ötən il Peruda bir britaniyalı və bir fransız vətəndaşı turistlər arasında populyar sayılan Machu Pichu-da çılpaq şəkil çəkdirdikləri üçün polis tərəfindən dindirilmişdi.

2015-ci ildə britaniyalı turist Malayziyada çılpaq şəkil çəkdirib və buna görə həbs olunub.

2005-ci ildə 17 britaniyalı kişi Yunanıstanın Krit adasında rahibə paltarı geydiklərinə görə həbs olunmuşdular.